!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yaranmayan SAVAŞ ƏDƏBİYYATI: “O əsərləri yaradacaq yazıçı var ki?” – Əlisa Nicat

!Reklam – Yazi

“Yazıçılar Birliyinin yüzlərlə üzvü olsa da, onların ədəbiyyata aidiyyatı formaldır”.

Bu fikirləri Azərbaycanda müharibə mövzusunda effektli əsərlərin yaranmamasının səbəblərindən danışan yazıçı-filosof Əlisa Nicat Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlətin və xalqın mənafeyi tələb edən mövzuların işlənməsi çox vacibdir:

“O gün iyirmi-otuz gənc “yazıçı”nın ədəbiyyat haqqında söhbətlərini oxudum. Təsəvvür edin, ədəbiyyatdan danışan o “yazıçı”lar ədəbiyyatın nə olduğunu bilmirlər, hansı mövzunun necə işlənməli olduğundan xəbərsizdirlər. Bəsit, primitiv adamlardır… Kafkanı, iyirminci əsr dünya ədəbiyyatının sütunu olan başqa yazıçıları tanımırlar. Ancaq oturub bir-birini tərifləyirlər.

Bu məsələyə gəldikdə isə ölkədə hansı dövrdə və hansı mövzuda əsərlərin yazılması haqda fikirləşmək lazımdır. Yəni dövlətin, xalqın mənafeyi tələb edən mövzular olur, onların işlənməsi çox vacibdir. Lakin indikilər həm birinci, həm də ikinci zərurətdən məlumatsızdırlar.

İndi mənim kimi bir-iki qoca qalıb. Mən də səksən səkkiz yaşındayam, o vacib əsəri necə yazım? Nə edəsən, müasir Azərbaycan əsəbiyyatı adına heç nə yoxdur. Bir-iki nəfər vardı, onlar da ehtiyac üzündən ya ölkəni tərk ediblər, ya da maddi sıxıntı içindədirlər. Ona görə də müharibə əsərlərinin yaranmaması təəccüblü deyil.

Yazıçılar Birliyinin yüzlərlə üzvü olsa da, onların ədəbiyyata aidiyyatı formaldır, hansısa yollarla oraya keçə biliblər. Bir-iki nəfərin adını çəkmək olar, amma onlar da dərinliyə getmirlər… Dövlət də bu işlə maraqlanmır, sanki bizə ədəbiyyat, incəsənət lazım deyil. Son otuz-qırx ildə bir normal opera, balet, simfoniya yaranmayıb. Budur vəziyyət”.

A.Zeynalov

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv