Azərbaycanda yaşayış minimumu artırıldı

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilmişdi.

Bundan başqa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq.

Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Millət vəkili Hadı Rəcəbli məsələ ilə bağlı çıxışında bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir:

“Gələn il yaşayış minumumu 143 manat müəyyən edilib. Hesab edirəm ki, bu normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə yenidən ünvanlı yardım almaq imkanı qazanacaq”.

COP29