Azərbaycanda yeni medal təsis edilib.
Yenicag.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələ birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.