Azərbaycanda yeni medal yaradılır

Azərbaycanda yeni medal yaradılır.

Yenicag.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik müzakirə edilib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.