Azərbaycanda yeni qayda – Cənazələrin bu avtomobillə aparılmasına icazə verilməyəcək

Azərbaycanda dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normaları müəyyən edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı müddəlar “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda yer alıb.

Sənədə əsasən, meyitlərin yuyulmasına və daşınmasına, meyitlərin yuyulma yerinə, dəfnlə bağlı xidmətləri göstərən işçilərə dair tələblər və tullantı sularının axıdılması qaydaları bu Qaydaların tələbləri nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Dəfn mərasiminə hazırlıqla bağlı meyitlərin yuyulması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi zamanı yaranan tullantı suları təmizləyici və dezinfeksiyaedici maddələrlə zərərsizləşdirildikdən sonra kanalizasiya sisteminə axıdılır. Cənazələrin yeyinti məhsulları daşınan avtomobil nəqliyyatı vasitələrində daşınmasına yol verilməməlidir. Cənazələr avtomobil nəqliyyatı vasitələri ilə daşınarkən, həmin nəqliyyat vasitələrinin konstruksiyası və təchiz edilmiş avadanlıqların xüsusiyyətləri, habelə tabutun qabariti və çəkisi nəzərə alınmalıdır. Cənazələr daşındıqdan sonra avtomobil nəqliyyatı vasitələri mütləq onların sahibləri tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir. Cənazənin dəmir yolu, su və hava nəqliyyatı vasitəsilə daşınması zamanı, cənazə dibinə nəmliyi hopduran maddələr və ya əşyalar döşənmiş, hermetik lehimlənmiş və sinklənmiş tabuta yerləşdirilməli və onun daşınması üçün metal tabutun hermetik taxta qutuya qoyulması ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən təşkil edilməlidir. Şəxsin meyitinin, həmçinin meyitin qalıqlarının və ya külü saxlanılan urnanın ölmüş şəxsin qohumları, qanuni nümayəndələri və ya onu dəfn edəcək digər şəxslər tərəfindən gömrük sərhədindən keçirilməsi göndərən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş ölüm faktı haqqında müvafiq tibbi arayış və ya onun notarial qaydada təsdiq edilmiş surətinin, yaxud diplomatik nümayəndəlik və ya konsulluqlar tərəfindən verilən ölüm haqqında şəhadətnamə və ya onun notarial qaydada təsdiq edilmiş surətinin və ölmüş şəxsin şəxsiyyətini təsdiq edən sənədlərin surətinin aidiyyəti gömrük orqanlarına təqdim edilməsi yolu ilə həyata keçirilir. Meyit 24 saat ərzində dəfn olunmadıqda, onun çürüməsinin qarşısının alınması üçün ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onu dəfn edəcək digər şəxslərin müraciəti əsasında müvafiq tibb müəssisəsi tərəfindən profilaktik tədbirlər görülür.

Ölüm səbəbi təhlükəli yoluxucu xəstəliklər olduqda, meyitlərin daşınmasına və dəfninə, onların daşındığı tabutların və nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə dair tələblər Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir./Report/

COP29