Ölkədə onlayın media orqanlarının sırasına daha bir sayt daxil olub.
Busaat.az informasiya portalı Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, həmçinin müxtəlif sahələrdə yenilikləri əks etdirən informasiyaları, o cümlədən, təhlil və araşdırma materiallarını oxuculara operativ və yüksək keyfiyyətlə təqdim etməyə iddialıdır.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan busaat.az saytının rəhbəri Azərbaycan və Türkiyə mediasına iş təcrübəsinə malik Emin Fərzəliyevdir.