Azərbaycanda yeni sürət qatarı istifadəyə verildi – CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dekabrın 30-dan etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.

Qurumdan Yenicag.az verilən məlumatda bildirilib ki, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır. Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq.

Qatar № 702

Bakı-Gəncə

Sürətli sərnişin Qatar № 701 Gəncə-Bakı
Yolda olma vaxtı: 4 saat. 28dəq 30.12.2018-ci il tarixdən etibarən Yolda olma vaxtı: 4 saat. 26dəq
Çatma Daya-nacaq Yola düşmə Aralıq məntəqələr Məsafə Kod Çatma Daya-nacaq Yola düşmə
9.00 Bakı-sərn. 0 5700000 13-26
9.07 Keşlə 6 547001 13.18
9-14 2 9.16 Biləcəri 14 546808 13-08 2 13.10
9.28 Abşeron 26 548004 12.56
9.33 Puta 33 548108 12.51
9.41 Qaradağ 45 548004 12.43
9.50 Səngəçal 60 548305 12.35
9.57 Qobustan 69 548409 12.28
10.06 Baş Ələt 83 548502 12.19
10.15 Atbulaq 96 548907 12.10
10.28 Pirsaat 116 549100 11.56
10.35 Hacıqabul 127 554202 11.47
10.43 Muğan 139 554306 11.38
10.50 Qarasu 153 554310 11.29
10.58 Padar 165 554325 11.21
11.07 Sığırlı 178 554336 11.13
11.23 Kürdəmir 203 554607 10.57
11.39 Müsüslü 223 554700 10.44
11.57 Ucar 249 554908 10.26
12.12 Ləki 269 555008 10.10
12-32 2 12.34 Yevlax 294 555101 9-50 2 9.52
12.45 Mingəçevir 305 555703 9.41
12-54 2 12.56 Goran 319 555900 9-31 2 9.33
13.04 Kürək-çay 329 557605 9.23
13.13 Dəliməmmədli 344 556000 9.15
13.18 Zazalı 349 556104 9.10
13-28 Gəncə 364 556208 9.00

 

702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında gediş haqqı CƏDVƏLİ

Istiqamət Məsafə km Siniflər üzrə Tariflər (ƏDV daxil olmaqla) (AZN)
Standart Biznes Birinci klass
Bakı-Gəncə 364 15.0 50.0 100.0
Bakı-Goran 319 14.0 47.0 93.0
Bakı-Yevlax 294 13.0 43.0 87.0
Biləcəri -Gəncə 350 14.0 47.0 93.0
Biləcəri -Goran 305 14.0 47.0 93.0
Biləcəri -Yevlax 280 13.0 43.0 87.0
Yevlax -Gəncə 70 4.0 15.0 30.0
Yevlax -Goran 25 3.0 11.0 23.0
Yevlax -Biləcəri 280 13.0 43.0 87.0
Yevlax – Bakı 294 13.0 43.0 87.0
Goran -Gəncə 45 4.0 12.0 25.0
Goran -Yevlax 25 3.0 11.0 23.0
Goran -Biləcəri 280 13.0 43.0 87.0
Goran- Bakı 319 14.0 47.0 93.0
Gəncə – Goran 45 4.0 12.0 25.0
Gəncə – Yevlax 70 4.0 15.0 30.0
Gəncə – Biləcəri 350 14.0 47.0 93.0
Gəncə – Bakı 364 15.0 50.0 100.0

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı ətraflı məlumatlarla daim yenilənən www.ady.az saytı vasitəsilə tanış ola bilərsiniz.

COP29