Azərbaycanda yeni sürüşmə sahələri yarandı

2019-cu ilin sentyabr ayında respublika ərazisində və Abşeron yarımadasında ekzogen geoloji proseslərin dinamikası üzərində aparılan müşahidələrin nəticəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Monitorinq və Hidrogeoloji Tədqiqatlar İdarəsindən Yenicag.az-a verilən məlumata görə, Astara rayonu, Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu kilometrliyində mövcud uçqun və sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Yolboyu bir neçə yerdə çatlar meydana gəlib. Rayonun “Motlayataq” sürüşmə sahəsində müşahidələr zamanı prosesin dinamikasında aktivlik müşahidə edilib. Sürüşmə sahəsi üzərində olan çatlarda artımlar qeydə alınıb.

Məlumata əsasən, Lerik rayonu “Veri-Əliabad” sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib. Yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yamac hissədə yeni çatlar əmələ gəlib. Bu yolun 45-47-ci kilometrliyində yolboyu yamac hissədə uçqun prosesləri və yamac hissədə yeni çatlar meydana gəlib.

Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub. Yolun sağ və sol hissəsində çökmə prosesləri müşahidə edilib. Lənkəran-Lerik yolunun 17-19-cu km-liyi sürüşmə sahəsində monitorinqlər zamanı yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri müşahidə olunub. Lənkərançay dərəsi istiqamətində yeni çatlar yaranıb.

Gəgiran kəndi ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında artıb qeydə alınıb. Mövcud sahələrə yaxın ərazilərdə yeni sürüşmə sahələri meydana gəlib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-liyi sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib.Yolun hər iki tərəfində çökmə oturma prosesləri qeydə alınıb.

Masallı rayonu, Güllütəpə sürüşmə sahəsindəki mövcud sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə olunub. Masallı-Yardımlı yolunun 13-15,7-16-24-25-25,4-26-26,4 km-liyi sürüşmə sahəsində müşahidələr nəticəsində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri, yamac hissədə yeni çatlar yaranıb.

Müşahidələrə əsasən, Gədəbəy rayonu Pirdağ sürüşmə sahəsində Daşbulaqçayın sağ sahilində yerləşən, yüksək mailliyə malik ərazidə mövcud olan qədim sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Rayonun Əyridərə və Arıqıran sürüşmə sahəsində monitorinqlər nəticəsində qədim sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Daşkəsən rayonu Alunitdağ sürüşmə sahəsində monitorinqlər nəticəsində qədim sürüşmə sahəsinin dinamikasında aktivlik və sürüşmə sahəsinin sərhədlərinin genişlənməsi müşahidə edilib.

Xızı-Altıağac avtomobil yolunun 1-ci km-liyindəki ərazidə mövcud sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolun sağ və sol hissəsində oturma prosesi baş verib. Bundan başqa yolun 11-15-ci km-liyində sürüşmə sahəsinin dinamikasnda nisbi aktivlik qeydə alınıb. Yolun yamac hissəsində uçqun-töküntü prosesləri müşahidə edilib.

Siyəzən rayonu Sədan sürüşmə sahəsində aparılan müşahidələr zamanı mövcud sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub. Rayonun Qazbabalı sürüşmə sahəsində aktivlik qeydə alınıb. Sürüşmə sahəsinin parametrlərində artım və yamac hissədə yeni lokal sürüşmə sahələri meydana gəlib.

Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də aparılmış müşahidələrə əsasən prosesin dinamikasında nisbi aktivlik müşahidə olunub. Yolboyu uçqun töküntü prosesləri qeydə alınıb. Quba-Qonaqkənd yolunun 37-40-cı km-dəki ərazidə nisbi aktivlik qeydə alınıb və yolun hər iki hissəsində çökmə oturma prosesi qeydə alınıb.

İdarədən bildirilib ki, Şamaxı şəhəri 48A məhəlləsi sürüşmə sahəsinin parametrlərində nisbi artım müşahidə edilib və sürüşmə sahəsinin üzərində olan çatların ölçülərində artım müşahidə edilib. Bakı-Şamaxı yolunun 106-111-ci km-də yolun hər iki tərəfində yeni çatlar və səthi yuyulma prosesləri qeydə alınıb. Şamaxı rayonunun Cabani, Dədəgünəş sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub.

Bakı-Ağsu magistral yolunun 132-156-cı km-də sürüşmə sahəsində sürüşmə prosesi aktivləşib. Yamac istiqamətində yeni çatlar əmələ gəlib.
Saqiyan sürüşmə sahəsində, Qaravəlli kəndi ərazisində aktivlik müşahidə olunub. Şamaxının Muğanlı və Meysəri sürüşmə sahəsində monitorinqlər nəticəsində kənd ərazisində mövcud olan sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunur.

Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25 km-liyi sürüşmə sahəsində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsində uçqun hadisəsi baş verib.

Ağsu rayonu, Dilman sürüşmə sahəsində ay ərzində sürüşmə sahəsinin dinakimasında aktivlik qeydə alınıb. Xatman sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb.

Muğanlı-İsmayıllı yolunun 2-11,23-24,27-29-cu km-liyində sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik və yolboyu bir neçə yerdə çökmə prosesi baş verib. İsmayıllı rayonunun Diyallı sürüşmə sahəsindəki ərazidə sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb və Həzrə çayın kənd ərazisindən keçən hissəsində yamac yuyulma prosesi baş verib.

Zərnəva sürüşmə sahəsində aktivləşmə müşahidə edilib. Mövcud olan çatların parametrlərində artım qeydə alınıb. İsmayıllının Xankəndi sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə edilib, qeydə alınmış çatların parametrlərində artım müşahidə edilib. Bundan başqa Sadiyan sürüşmə sahəsinin dinamikasında nisbi artım qeydə alınıb.

Müdrisə sürüşmə sahəsindəki ərazidə və Lahıc-Müdrisə yolunun bir neçə yerində sürüşmə və uçqun-töküntü prosesləri qeydə alınıb.
Lahıc sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal -şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib. Üzərindəki çatların parametrlərində artım qeydə alınıb.

İsmayıllının Qoydan sürüşmə sahəsində kənd ərazisində mövcud olan eni 40- 80 m, uzunluğu 150-170 m olan sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Sürüşmənin dil hissəsində qabarmalarda enli çatlar yaranıb.

COP29