!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yerli istehsal PROBLEMİ: “Hətta xammalın da əksər hissəsi məhz xaricdən...”

!Reklam – Yazi

“Bahalaşmanı şərtləndirən başqa bir amil isə Azərbaycanın çoğrafi mövqeyi ilə bağlıdır”.

Bu fikirləri ölkədə bahalaşma tendensiyasının davamlı xarakter almasının səbəblərinə toxunan iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bahalaşmaya təsir göstərən amillərdən biri də yerli istehsalda istifadə olunan bir çox xammalın xaricdən gətirilməsidir:

“Bahalaşmanın davam etməsinin ilkin səbəbi ölkənin idxaldan asılı vəziyyətdə olmağıdır. Hətta yerli istehsalda istifadə olunan xammalın da çox hissəsi xaricdən idxal edilir.

Buna nümunə olaraq deyə bilərik ki, quşçuluq məhsullarının 75 faizi ölkədə istehsal edilsə də, onların yemləri xarici bazarlardan alınır. Ona görə də, xaricdə inflyasiya ilə əlaqədar baş verən bahalaşma Azərbaycanda da qiymətlərə təsir göstərir.

Bahalaşmanı şərtləndirən başqa bir amil isə Azərbaycanın çoğrafi mövqeyi ilə bağlıdır. Yəni okeana birbaşa çıxışımızın olmaması xaricdən gələn məhsulların daşıma xərclərini də qiymətlərə əlavə edir”.

Nuray Məmmədzadə

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv