!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yük və sərnişin daşımaları artdı

!Reklam – Yazi

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9 % və 19,2 % çox olub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 71,2 milyon ton yük daşıyıb. Yüklərin 3,7 %-i dəniz, 8,3 %-i dəmir yolu, 0,1 %-i hava, 55 %-i avtomobil nəqliyyatı, 32,9 %-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,2 % təşkil edib.

Dörd ay ərzində nəqliyyatçılar 578,6 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil nəqliyyatı, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv