!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda yüksək vəzifəyə yeni təyinat - FOTO

!Reklam – Yazi

Tanınmış jurnalist, publisist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsinə təyin olunub. Bu gün Vəli Əkbər kollektivə təqdim olunub.

Yenicag.az bizim.media-ya istinadən xəbər verir ki, Vəli Əkbər “Press-Fakt” qəzetində məsul katib, “Həftə-içi” qəzetində baş redaktorun müavini, “Rezonans” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Tanınmış jurnalist həmçinin “Lider” TV-də Xəbərlər departamentinin rəhbəri, AzTV-də Xəbərlər studiyasının direktor müavini vəzifələrində işləyib.
Vəli Əkbərin sonuncu iş yeri isə Bizim.Media informasiya portalı olub. O, bir neçə il Bizim.Media informasiya portalında baş redaktorun müavini işləyib.

Bizim.Media ailəsi olaraq həmkarımıza yeni işində uğurlar arzulayırıq

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv