Azərbaycanda zəlzələ baş verib.
Yenicag.az Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 00:52-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.2, dərinliyi 25 km olub.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.