Qobustan stansiyasından 26 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yerli vaxtla saat 08:27:57-də baş vermiş yeraltı təkanların gücü 3,4 bal təşkil edib.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
***
09:45
Şamaxıda 3,4 bal gücündə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.
Zəlzələ yerin 10 km dərinliyində baş verib.