Oktyabrın 5-də Zərdab rayonunda maqnitudası 4.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:56-da qeydə alınıb.
Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.