!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycandakı din xadimləri Ukraynanın haqq səsinə biganə yanaşırlar" - İlahiyyatçı

!Reklam – Yazi

“Əgər din xadimlərinə göstəriş verilsə, çıxışlar edəcəklər”.

Bu sözləri Rusiya və Ukrayna arasındakı müharibədə dinc insanların öldürülməsinə dini tərəfdən yanaşan ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Ukraynaya humanitar yardım göstərsə də, günahsız insanların öldürülməsinə Azərbaycandakı din xadimləri səssizlik nümayiş etdirir:

“Azərbaycandakı din xadimləri Rusiya Provaslav kiləsinin rəhbəri I Kirillə dostluq münasibətlərinə görə Ukraynanın haqq səsinə biganə yanaşırlar. Bununla yanaşı, vaxtilə Fələstində, İraqda, Yəməndə, Əfqanıstanda, Liviyada törədilən əməllərə qarşı biganə yanaşıblar. Təəssüf ki, din xadimlərimiz bir göstərişə bağlıdır. Əgər onlara göstəriş verilsə, çıxışlar edəcəklər. Azərbaycandakı din xadimləri fərqli fikir söyləmək iqtidarında deyillər. Halbuki Allah ayələrdə zalıma meyl etməməyi buyurur”.

Gülşən Şərif

www.yenicag.az

935
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv