!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan erməni havadarlarına xəbərdarlıq: "Ölkəmiz prinsipial mövqeyini ortaya qoyub" - ŞƏRH

!Reklam – Yazi

“Baş verəcək istənilən qarşıdurma və qeyri-stabil vəziyyətin əsas səbəbkarı Ermənistan olacaq”.

Bu sözləri fevralın 4-də Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, videoformatda keçirilən görüşdə Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoymaqla, Ermənistan və erməni havadarlarına mesaj göndərib:

“Görüş çərçivəsində ölkə prezidenti İlham Əliyevin toxunduğu məsələlərə minalı xəritələrin tam şəkildə hələ də Azərbaycana verilməməsi, Birinci Qarabağ Savaşında Azərbaycan əsilli şəxslərin erməni girovluğunda olması və ya onların taleyinin indiyə kimi qaranlıq qalması və digər mövzular daxil idi. Bu məsələlər mahiyyət etibarilə Azərbaycanın prinsipial mövqeyini ortaya qoyur. Çünki Azərbaycan tərəfi dəfələrlə sözügedən məsələlərlə bağlı beynəlxalq qurumlara müraciət edib. Hətta bu məsələlərin həllində aparıcı fiqur olan Avropa İttifaqına və Fransaya məlumatlar verilib. Ölkəmiz bu addımla öz tələblərini irəli sürüb.

Videoformatda keçirilən görüş onu göstərir ki, Rusiyasız da görüş reallaşdırmaq mümkündür. Azərbaycan bu görüşlə mesaj verərək bildirir ki, ölkəmiz istənilən formada danışıqlar aparmağa hazırdır. Yetər ki, arzulanan nəticə əldə olunsun. Görüşün nəticəsinə uyğun olaraq hansı proseslərin baş verəcəyini zaman göstərəcək. Lakin indiki vəziyyətdə ölkəmiz öz mövqeyini yetərincə açıq şəkildə ortaya qoymağı bacarıb. Bu, Ermənistanı iki əllə dəstəkləyən Fransaya, İrəvana maliyyə dəstəyi göstərməyi hədəfləyən Avropa İttifaqına və erməni havadarlarına xəbərdarlıqdır. Bölgədə sülh və əmin-amanlığın olması üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Əks təqdirdə baş verəcək istənilən qarşıdurma və qeyri-stabil vəziyyətin əsas səbəbkarı Ermənistan olacaq”.

Gülşən Şərif

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv