Ötən ay Gürcüstana 670 122 nəfər beynəlxalq ziyarətçi səfər edib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
İllik müqayisədə qonşu ölkəyə yollanan əcnəbilərin sayı 12% artıb. Turist səfərlərinin sayı isə 338 831 təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur.
Noyabr ayında Gürcüstan Rusiyadan 82 029 ziyarətçi qəbul edib. Rusiyalı turistlərin sayında illik müqayisədə 10,9% azalma qeydə alınıb.
Hesabat ayında Gürcüstana Ermənistandan səfər edənlərin sayı 18,1%, Azərbaycandan səfər edənlərin sayı 8,1%, Türkiyədən səfər edənlərin sayı isə 25,3% artıb.
Yanvar-noyabr aylarında isə Gürcüstan, ümumilikdə, 8 690 352 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,2% çoxdur.