!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycandan köçən MƏŞHUR APARICILAR – SİYAHI

!Reklam – Yazi

Zaman-zaman Azərbaycandan yaşamaq üçün xarici ölkələrə köçənlər olur. Onların içərisində tanınmış sənət adamları- aktyor, müğənni, rəssam və aparıcılar da var.

Yenicag.az xaricə köçən məşhur aparıcıların siyahısını təqdim edir:

Azərbaycanda əyləncəli verilişlərin aparıcısı kimi məşhurlaşan Günel Musəvi Amerikada məskunlaşıb. 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərinə yollanan Günel 2010-cu ildən “Metrostate Universitety”də Uşaq Psixologiyası üzrə təhsilini davam etdirib. 2015-ci ildə həmyerlisi ilə ailə qurub. Bir övladı dünyaya gələndən sonra cütlük boşanıb. O, bu ilin mayında Endi Krişnan adlı əcnəbi şəxslə ailə qurub. Onun ilk evliliyindən bir qız, ikinci nikahından isə oğul övladı var.

Ülkər Quliyeva Azərbaycan televiziyasında diktor kimi çalışıb. Azərbaycanda bir neçə filmdə rol alıb. Məşhur bəstəkar Cavanşir Quliyevlə evli olub. Hazırda Türkiyədə yaşayır.

 

Aparıcı Günel Hümbətova ABŞ-nin Nyu-York şəhərində yaşayır. O, 2015-ci ildə Amerika vətəndaşı Firuz Solayevlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.

Aparıcı Gülnarə Məmmədova Türkiyədə yaşayır. G.Məmmədova keçmiş ANS kanalında “Kamerton” verilişinin aparıcısı olub. 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub.

Səxavət Nur uzun illərdir ki, Amerikada yaşayır. Aparıcının birinci evliliyindən bir oğlu var. O, 1999-cu ildə “Burç fm” radiosunda dicey kimi fəaliyyətə başlayıb. Lider, AzTV, Xəzər TV-də aparıcılıq edib.

Xaricə köçənlər sırasında Qənirə Ataşova da var. ANS televiziyasının keçmiş əməkdaşı hazırda Amerikada yaşayır.

Aynur Talıbova da yaşamaq üçün Amerikanı seçənlər sırasındadır. Ailəlidir. Bir övladı var. O, ANS və “Lider” televiziyalarında aparıcı kimi fəaliyyət göstərir.

Cəvahir

www.yenicag.az

2129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv