!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycandan qisas almaq üçün əvvəl bunu etmək lazımdır" - Erməni deputat

!Reklam – Yazi

“Qisas sözü müharibədən sonrakı dövrün ən çox işlədilən və istismar edilən sözlərindən biridir”.

Yenicag.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyanın Facebook-da yazıb. Abramyanın Azərbaycana qarşı revanşist ideyaları bitib-tükənmir.

“Qisas sözü müharibədən sonrakı dövrün ən çox işlədilən və istismar edilən sözlərindən biridir.

Azərbaycan Ermənistanda yaradılan reallıqlarla (Qarabağın itkisi) sadəcə barışa bilməyən qüvvələr olduğunu anlayır.

Ermənistan hökuməti bunu hakimiyyətdən məhrumetmə halı kimi başa düşür. Çünki bizim başımıza gələnləri cəmiyyətin geniş təbəqələri dərindən dərk edirsə və “intiqam”ı ön plana çıxarırsa, şübhəsiz ki, bu, mandatdan məhrumetmə demək olacaq.

Azərbaycandan qisas almaq üçün, ilk növbədə, Ermənistan hökumətinin yuxarı eşelonunda olan və Azərbaycanla eyni ideologiyanı bölüşənlərin dərhal aradan götürülməsi lazımdır. Çünki yalnız bundan sonra Azərbaycanla “hesablaşma” baş verə bilər.

Üçüncü qrup insanlar, qüvvələr dərk edirlər ki, qisas hissi və ya ehtiyacı ilk növbədə özünü müdafiə və ideoloji əsaslara malikdir.

Bu kontekstdə dünən prezident Serj Sarkisyan da bu mövzuya toxunub. O deyib ki, indiki vəziyyətdə belə bir istəyin olması nəinki normal, həm də təbiidir.
“Bakıda hər şey mümkündür, bizim üçün mümkünsüz heç nə yoxdur, görək yaşamaq kimə lazımdır?” – deyən Sarkisyan xalqın layiqli həyata qaytarılması ideyasının qisas ideyasının altına düşdüyünü bildirir”, – Abramyan sərsəmləyib.

Xuraman Etibarlı

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv