Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyi iyulun 15-dək olan dövr üçün ölkə xaricində qalan vətəndaşların vətənlərinə qaytarılması ilə bağlı aviareyslərin qrafikini yeniləyib.

Yenicag.az xəbər verir ki, siyahı nazirlik tərəfindən Rusiya vətəndaşlarının xaricdən gətirilməsi üçün yaradılan “Telegram” kanalında yayımlanıb.

Ümumilikdə 16 reys planlaşdırılıb.

O cümlədən iyulun 11-də Bakı – Jukovski reysi baş tutacaq. İyulun 12-nə isə Bakı-Moskva reysi planlaşdırılır.

COP29