!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan Türkiyəyə 74 konteyner aliminium yola salındı

!Reklam – Yazi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminkum” MMC-nin Gəncədə istehsal etdiyi alüminiumun növbəti hissəsi 72 konteynerdən ibarət blok qatarla Türkiyənin İstanbul şəhərinə yola salınıb.

Bu barədə Yenicag.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-dən bildirilib.

Məlumata görə, yük “TURKUAZ” layihəsi çərçivəsində, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə çatdırılacaq. Konteynerlərdəki əmtəəlik məhsulların ümumi çəkisi 2 000 tondan çoxdur. Layihə “ADY Konteyner” və “Azəralüminium” arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.

Memoranduma uyğun olaraq, bu il Azərbaycan-Türkiyə marşrutu üzrə 486, Türkiyə-Azərbaycan marşrutu üzrə 204, Çin-Azərbaycan marşrutu üzrə 176 konteyner olmaqla, ümumilikdə 866 konteyner daşınıb.

Çindən Orta dəhlizlə və Türkiyədən BTQ ilə Azərbaycana alüminium sənayesinin strateji xammalı olan bişirilmiş karbon anod bloklarının idxalı həyata keçirilib.

Fəaliyyətə başladığı 2021-ci ilin fevral ayından indiyədək “TURKUAZ” qatarı vasitəsilə 2 ölkə arasında 20 futluq ekvivalentdə 7000 minə yaxın konteyner daşınıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə həyata keçirilən tədbirlər nəticəsində multimodal konteyner yükdaşımalarının həcmində müsbət dinamika müşahidə olunur. Belə ki, adıçəkilən marşrut üzrə yükdaşımaların həcmi 2022-ci ilin 11 ayı ərzində 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37 % artıb.

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv