İşlənmənin əvvəlindən 2017-ci il iyunun 1-dək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından ümumilikdə 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat hasil olunub.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
X.Yusifzadə qeyd edib ki, bu il iyunun 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 6,3 milyard kubmetr, Türkiyəyə isə 46 milyard kubmetr qaz nəql olunub.