!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycandan yan keçən yeni yol: “Bu marşrut çox da səmərəli deyil”

!Reklam – Yazi

“Əlbəttə ki, Hindistan Azərbaycan və Zəngəzur dəhlizini seçə bilərdi ki, bu da logistik tarflərə müsbət təsir etmiş olardı”.

Bu sözləri Hindistanın ixrac mallarının İran, Azərbaycan və Rusiyadan yan keçən yeni marşrut xəttiylə daşımasına münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, adı çəkilən ölkənin istifadə etdiyi yeni marşrut xətti çox mürəkkəbdir və logistik xərcləri daha çoxdur:

“Bu yeni marşrut çox da sabit marşrut kimi qəbul edilmir. Belə ki, həmin marşrut üzərində hərəkət edən məhsullar əsasən su və quru yollarından ibarətdir ki, bu da daşımaların sürət və qiymətinə təsir göstərəcək. Yeni yola nəzər salsaq, məhsullar dəniz yoluyla Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və quru yolla Aralıq dənizi marşrutu ilə Avropaya çatdırılması planlaşdırılır. Hesab edirəm ki, qeyd etdiyimiz marşrut çox da səmərəli deyil.

Əlbəttə ki, Hindistan Azərbaycan və Zəngəzur dəhlizini seçə bilərdi ki, bu da logistik tarflərə müsbət təsir etmiş olardı. Həmçinin qeyd edim ki, quru və dəmir yolları vasitəsilə demək olar ki, Qara dənizə qədər daha rahat çatmaq olardı. Qeyd edilən amillər məhsulların maya dəyərinə müsbət effekt verə bilərdi. Bu amil öz növbəsində yüklərin çatdırılma müddətini də azaldacaqdır. Bütün bu nüansları nəzərə alsaq, Hindistan Zəngəzur dəhlizinin açılmasına daha çox fayda göstərə bilərdi, nəinki bu cür mürəkkəb marşrutla Avropa bazarlarına çıxış əldə edə bilərdi”.

Yusif Səmədzadə

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv