!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanı “dilənçi ölkələr”lə eyniləşdirən ƏT İSTEHSALI: “Vəziyyəti müsbətə doğru dəyişəcək heç nə...”

!Reklam – Yazi

“Özünüməşğulluq proqramı çərçivəsində kəndlilərə verilən heyvanlar xəstə və ölümcül vəziyyətdə olur”.

Bu fikirləri ölkədə xırda və iribuynuzlu heyvanların sayının azalması fonunda ətin davamlı bahalaşmasını şərtələndirən amillərə toxunan aqrar sahə üzrə ekspert Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə heyvandarlıq üçün nəzərdə tutulan örüş sahələrinin texniki bitkilərin hesabına azaldılması bu sahədə vəziyyəti xeyli ağırlaşdırıb:

“Xırda və iribuynuzlu mal-qaranın sayının azalması aqrar sektorda açıq şəkildə tənəzzülün getdiyini göstərir. Bu tendensiyanı heç də Azərbaycan əhalisinin ətə olan tələbatının artması ilə izah etmək mümkün deyil. Çünki ətin qiyməti əsassız və fasiləsiz olaraq bahalaşdığından, tələbat səviyyəsi də aşağı düşür.

Son dövrlərdə insanlar daha az ət almağa məcburdurlar. Yəni ətin alışı son bir ildə kəskin azalıb. Bu qədər mal-qaranın hara yoxa çıxması dəqiq şəkildə aydın deyil. Çünki istehlak həcmi və tələbat artmayıb, xarici ölkələrə ixracdan isə söhbət gedə bilməz. Ona görə ki, bütün qonşu ölkələrdə ətin qiyməti bizdəkindən ucuzdur.

Bu gedişlə gələcəkdə ətin qiymətinin daha da artacağı gözlənilir. Yaranmış vəziyyəti yalnız belə izah etmək mümkündür ki, son dövrlərdə heyvandarlıq üçün örüş sahələri texniki bitkilərin hesabına azaldılıb. Ot və yemin qiyməti bahalaşdığına görə fermerlər üçün heyvandarlıqla məşğul olmaq artıq sərfəli görünmür.

Azərbaycan onsuz da dünyada ət istehlakına görə ən aşağı yerlərdən birində, hətta ən yoxsul ölkələrlə, demək olar, eyni sıradadır. Bu, əlbəttə, çox biabırçı göstəricidir. Bahalaşmanın digər mühüm səbəbi bu sahədəki monopoliya ilə bağlıdır. Ət və heyvandarlıq sahəsində olan monopoliya qiymətlərin azalmasına imkan vermir. Sanki “gizli əl”lər ətin qiymətinin azalmasının qarşısını alır. Bazarda sistem belə qurulub.

Yerlərdə sahibkarlar süni maneələrlə qarşılaşırlar və onların xərclərinin artması heyvandarlığın inkişafı üçün əsas əngəllərdəndir. Rəsmi statistika bir çox sahələrdə artım olduğunu göstərsə də, reallıqda azalmanın şahidi oluruq. Bu da yerli istehsalın qarşısını alır.

Kənd təsərrüfatına subsidiya və yardımlar ayrılsa da, ortada vəziyyəti müsbətə doğru dəyişəcək heç nə yoxdur. Bu isə o deməkdir ki, müvafiq orqanlar öz işlərini düzgün apara bilmir. Özünüməşğulluq proqramı çərçivəsində kəndlilərə verilən heyvanlar xəstə və ölümcül vəziyyətdə olur. Bu halda hansı inkişafdan söhbət gedə bilər?

İşğaldan azad olunmuş ərazilərdəki sahələr də örüşlər dövriyyəsinə daxil edilib. Bunun nəticəsində ucuzlaşma müşahidə edilməli olduğu halda, yenə əksini görürük. Aqrar idarəetmədə effektli və səmərəli metodlardan istifadə olunmur. Belə bir vəziyyətdə qeyri-neft sektorunun inkişafından danışmaq mümkün deyil”.

Yusif Səmədzadə

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv