!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanı qarışdırmaq istəyənlərin MƏKRLİ PLANI: "Millət vəkilinin güllələnməsi..." - RƏY

!Reklam – Yazi

“44 günlük müharibədəki qələbədən sonra Azərbaycanı qarışdırmaq istəyirlər, ancaq bunu bacarmayacaqlar”.

Bu sözləri deputat Fazil Musatafanın güllələnməsi və bunun səbəblərinə toxunan millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.

Aqil Abbas hadisəni ölkəni qarışdırmağa cəhd adlandırıb:

“Fazil Musatafaya qarşı törədilən əməl terror aktıdır. Bu həm də dövlətə qarşı atılmış addımdır. Millət vəkili, partiya sədri, ictimai nüfuzu olan şəxsə qarşı terror törədiblər. Ölkəni qarışdırmaq istəyən qüvvələr var. Bunu hər gün eşidirik. Hadisədən bir gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti casus şəbəkəsi ifşa etmişdi. İfşa edilənlər demişdi ki, məqsədimiz nüfuzlu bir şəxsi qorxuzmaq, öldürmək idi.

Ölkədə qarışıqlıq salmaq istəyən qüvvələr var. 44 günlük müharibədəki qələbədən sonra Azərbaycanı qarışdırmaq istəyirlər. Xarici kəşfiyyat orqanları və bölgədə maraqlı olan qüvvələr adətən elə adamları vururlar ki, ajiotaj yaransın. Belə hallar dünyanın çox ölkələrində olur. İnanmıram ki, bu hadisə ilə ölkədə qarışıqlıq sala bilsinlər. Hüquq mühafizə orqanları işləyir, yerindədir. Bu hadisənin də üstünü açacaqlar.

Bu adi terror hadisəsi deyil. Planlaşdırılmış, ölçülüb-biçilmiş, evə gələcəyi vaxta qədər hesablanmış terror aktıdır. Sadəcə məqsədlərinə çata bilməyiblər. Kimdənsə, hansısa ölkədən şübhələnmək məsələsinə gəldikdə isə, el deyimi var, itik bir yerə gedir, güman min yerə. Versiya irəli sürmək istəmirəm, istintaqın nəticəsini gözləmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv