!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanı siyasi avantüralara cəlb etmək mümkün deyil" - Şərh

!Reklam – Yazi

“Rəsmi Moskva və Kiyev Azərbaycanın vasitəçiliyinə müsbət yanaşır”.

Bunu Ukrayna-Rusiya müharibəsində Azərbaycanın mövqeyini analiz edən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Politoloqa görə, ölkəmiz yürütdüyü siyasət bir sıra təhlükələrin qarşısını almağa qadirdir. Əks halda bu gün Ukraynada yaşananlar Azərbaycan üçün də ola bilərdi:

“Müasir dövrdə ölkəni və xalqı təlatümlərdən sığortalamaq üçün qlobal, geosiyasi reallıqları nəzərə almaq lazımdır. Azərbaycanın illərdir regionda apardığı balans siyasəti və sərgilədiyi mövqe bu mənada vacibdir. Prezident İlham Əliyev bu gün bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmaqla, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla mümkün geosiyasi kataklizmlərdən ölkəni sığortalayıb. Misal üçün, Azərbaycan hazırda Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədridir və dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər kontekstində yanaşır. Ölkəmiz NATO və ya KTMT kimi hərbi ittifaqlara qoşulmasa da, Türkiyə ilə “Şuşa Bəyannaməsi”, Rusiya ilə “Moskva Bəyannamə” imzalayıb.

Bundan başqa, Azərbaycan mövcud Ukrayna-Rusiya müharibəsində Ukraynaya 5 milyon avro dəyərində humanitar yardım və dərman ləvazimatları göndərib. Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Ukrayna və Rusiyaya vasitəçilik missiyasını təklif edir. Həm rəsmi Moskva, həm də Kiyev Azərbaycanın vasitəçiliyinə müsbət yanaşır. Hətta tərəflər arasında mümkün görüş yeri kimi Bakının da adı çəkilir.

Nəticə etibarilə, Azərbaycanı bu gün heç bir siyasi avantüralara cəlb etmək mümkün deyil. Bütün qərarlar milli maraqlara əsaslanır”.

Gülşən Şərif

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv