!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın 4 şəhərində aksiya keçirildi

!Reklam – Yazi

Təbriz, Ərak, Urmiya və Ərdəbil şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri aksiya keçiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Nazirliyin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqaüdçülər “Vədləriniz yaxşıdır, ancaq hamısı yalandır”, “Haqqımızı almayınca, susmayacayıq”, “Süfrələrimiz boşdur” və başqa bu kimi şüarlar səsləndiriblər.

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv