!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın 5 xanım nazir müavini KİMLƏRDİR?

!Reklam – Yazi

Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir. İki gün ərzində baş tutacaq toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq.

Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar.

Tədbirdə qadınların cəmiyyətdə və dövlət siyasətində rolu barədə müzakirələr aparılıb.

Modern.az xatırladır ki, Azərbaycan nazirlər arasında qadın yoxdur, Komitə Sədrlərindən isə sadəcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır.

Mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycan nazirlərinin qadın müavinlərini araşdırmışıq. Məlum olub ki, ölkəmizdə 5 qadın nazir müavini var.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva 1968-ci il təvəllüdlü nazir müavini Dövlət Pedaqoji İnstitutunu bitirib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva 1960-cı ildə anadan olub. 1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunu bitirib. O, 2021-ci ildə gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva 49 yaşındadır. Müqəddəs Kiril və Mefodiy adına Veliko Tarnovo Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib. O da 2021-ci ildə nazir müavini təyin olunub.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 24 sentyabr 2018-ci ildən Kənd Təsərrüfatı nazirinin müavinidir.

İ.Qədimova həmişə yüksək peşəkarlığı ilə seçilb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova 1974-cü il təvəllüdlüdür, hüquq üzrə fəlsəfə doktorudur. Səadət Yusifova Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014–2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv