!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın 8 kənd üçün gözlədiyi MƏQAM: “Zamanı doğru seçərək digər torpaqlarımızı da...”

!Reklam – Yazi

“Qərbin müəyyən dairələrinə xoş görünmək üçün “başqasının torpağında gözümüz yoxdur” deyənlər var”.

Bu fikirləri Azərbaycanla Ermənistan araslnda davam edən nizamlama prosesi fonunda Zəngəzur dəhlizinın açılmasının və işğal altındakı 8 kəndimizin azad olunmasının zəruriliyini önə çəkən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, bütün hallarda Ermənistanla müharibənin yarımçıq qaldığı unudulmamalıdır:

“Otuz illik təcrübə də göstərdi ki, ermənilərlə danışıq yolu ilə heç nəyi həll etmək mümkün deyil. Özümüzü niyə aldadırıq? İndi Paşinyanın nümayəndəsi ilə delimitasiya məsələlərini müzakirə edirik. Sülh müqaviləsi ilə bağlı dnaışıqlar aparıldı, ancaq aydın görünür ki, bunun müsbət nəticəsi yoxdur.

Azərbaycanın səkkiz kəndi hələ də işğal altındadır. Ermənistan açıq-aydın vaxt uzatmaqla məşğuldur. Onların mediasına baxıram, eyni ritorika davam edir, yalnız vəziyyəti gərginləşdirmək, aranı qatmaq, diqqəti yayındırmaqla məşğuldurlar. Yəni ənənəvi, iyrənc, cılız siyasətlərini davam etdirirlər. Sərhəddə təxribat törətdilər, Azərbaycan tərəfi də layiqli cavab verdi. Bizim mövqe belə olmalıdır. Bir atəşə yüz atəşlə cavab verməliyik.

Danışıqların heç bir effekti yoxdur. Sadəcə, hərəkət etməyimiz üçün zamana ehtiyacımız var. Kim nə deyir, özü bilər, bu işin yolu hərbi yoldur. Ermənilər o kəndlərimizi dərhal boşaltmalıdırlar. Təəssüf ki, Azərbaycanda da bəziləri həmin kəndləri anklav adlandırır. Ancaq Prezident də axırda dedi ki, orada anklav yoxdur.

Qərbin müəyyən dairələrinə xoş görünmək üçün “başqasının torpağında gözümüz yoxdur” deyənlər var. Siz kimsiniz? Ora Azərbaycanın əzəli torpaqlarıdır və mütləq geri qaytarılmalıdır. Unutmayaq ki, müharibə yarımçıq qalıb. Toqquşma olmalıdır və olacaq. İndi də Konstitusiyada dəyişiklik etməklə bağlı danışırlar. Ancaq biz ermənilərin söz öyununa baxmalı deyilik. Zamanı doğru seçərək digər torpaqlarımızı da güc yolu ilə almalıyıq. Ayrı çıxış yolu yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

1902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv