!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın antiterror əməliyyatına başlamaq ehtimalı İrəvanda da, Xankəndidə də...” – ŞƏRH

!Reklam – Yazi

“Onlar Ermənistanın Azərbaycanla açıq hərbi qarşıdurmaya getmək gücündə olmadığını etiraf edirlər”.

Bu fikirləri Azərbaycan ordusu bölmələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə fəallığı artırmasının Ermənistanda doğurduğu reaksiyaları şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın son hərbi addımları istər İrəvanda, istərsə də Xankəndidə narahatlığı xeyli artırıb:

“Təbii ki, Ermənistan da Qarabağda baş verən son hadisələri diqqətlə izləyir və bu ölkənin ictimai rəyi cərəyan edən proseslərə böyük həssaslıqla yanaşır. Ermənistan rəsmiləri ilə mediası azərbaycanlı ekofəalların keçən ilin dekabrında başladıqları etiraz aksiyasından sonra Qarabağdakı ermənilərin “humanitar fəlakət”lə üzləşdiklərini iddia etsələr də, bunun belə olmadığı hamıya məlumdur.

O baxımdan, ermənilər iddia edirdilər ki, Qarabağdakı dağ yollarından oradakı əhaliyə ərzaq və başqa zəruri məhsullar çatdırılması üçün istifadə olunurdu. Ancaq reallıqda həmin yollarla separatçılara silah-sursat daşındığını bilirik və bununla bağlı çox sayda faktlar aşkarlanıb. Ona görə də Azərbaycan həmin yolları nəzarətə götürərək silah daşınmasının qarşısını almağa qərar verdi.

Bu addım Ermənistandakı revanşistləri müəyyən qədər aktivləşdirib. Onlar hətta bu vəziyyətə hərbi müdaxilədən dəm vurmağa başlayıblar. Amma erməni cəmiyyətinin fərqli düşünən kəsimi Ermənistanın Azərbaycanla açıq hərbi qarşıdurmaya getmək gücündə olmadığını etiraf edir.

Digər tərəfdən, ermənilər arasında Azərbaycanın bu hərbi aktivliyini antiterror əməliyyatına hazırlıq kimi qiymətləndirənlər də var. Bu üzdən Azərbaycanın antiterror əməliyyatına başlamaq ehtimalı İrəvanda da, Xankəndidə də ciddi narahatlıq yaradıb.

Əslində, öz ərazilərində antiterror əməliyyatı keçirmək Azərbaycanın qanuni haqqıdır. Çünki Qarabağdakı ermənilər artıq seçim edərək ya Azərbaycanın suverenliyini tanımalıdırlar, ya da ölkədən getməlidirlər. Bu variantların alternativinin olmadığını ermənilər də yaxşı bilir”.

A.Zeynalov

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv