!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın artan logistik ÖNƏMİ: "Beynəlxalq maliyyə qurumlarının yeni xətlərin açılmasında..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya ilə Ukrayna arasında gedən müharibə uzun illərdir Rusiya üzərindən qurulan bağlarda problem yaradıb”.

Bu sözləri Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) I vitse-prezidenti Yurgen Riqterinkin regiona səfərinə münasibət bildirən iqtisadçı Natiq Cəfərov Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın coğrafi üstünlüklərindən də istifadə edərək logistik hava çevrəsinin yaradılması bir çox ölkələrin marağındadır:

“Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında müstəqilliyimizdən üzü bəri sıx əməkdaşlıq mövcuddur. Müxtəlif layihələrin birgə həyata keçirilməsi kimi halların şahidi olmuşuq. Əsasən, bu bank 90-cı illərdə və 2000-ci illərin əvvəllərində bir neçə sosial və iqtisadi yönümdə layihələrin donoru şəklində iştirak edib.

İndi böyük maliyyə institutlarının Azərbaycana olan marağı artıb. Həmçinin yeni logistik infrastrukturla – ölkəmizdən də keçməklə – Şərqin Qərbə bağlanması, eləcə də Azərbaycanın coğrafi üstünlüklərindən də istifadə edərək logistik hava çevrəsinin yaradılması bir çox ölkələrin marağındadır. Bu siyahıya beynəlxalq maliyyə qurumları da daxildir. Çünki Rusiya ilə Ukrayna arasında gedən müharibə uzun illərdir Rusiya üzərindən qurulan bağlarda problem yaradıb. Çinin Avropaya mal ixracatı və əks istiqamətdə baş tutan ixracat uzun illərdir Rusiya və Belarus üzərindən həyata keçirilir. Hazırda həmin logistik xətlərlə bağlı problemlər yaranıb. Həm sanksiyalar, həm də Rusiyadan keçən məhsulların sığortalanması problemləri mövcuddur. Tranzit şirkətləri həmin ərazilərdən keçən yükləri sığortalamaqdan imtina edir. Buna görə də beynəlxalq maliyyə qurumlarının yeni logistik xətlərin açılmasında maraqları var. Təbii ki, burada Azərbaycan çox ciddi rol oynayır.

Ermənistanla Azərbaycana, ümumiyyətlə, bölgəyə edilən səfər gələcəkdə Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da Türkiyə vasitəsi ilə Avropaya birləşdiriləcək yol infrastrukturunun əhəmiyyəti müzakirə olunacaq məsələlərdən biridir. Əgər bölgədə ümumi razılıqlar əldə ediləcəksə, beynəlxalq maliyyə qurumlarının logistik yolların yenidən qurulmasında aqrar və digər sahələrdə ciddi əməkdaşlıqların baş tutması mümkündür”.

Yusif Səmədzadə

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv