!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın bank sektorunun aktivləri ilk dəfə 45 milyard manatı üstələdi

!Reklam – Yazi

Bu il dekabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 490,2 milyon manat təşkil edib.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 27,8 % çoxdur.

Bankların aktivləri ilk dəfədir ki, 45 milyard manatı üstələyir.

Bankların aktivlərinin 18 468,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,3 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,4 %-dən 40,6 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,5 % artaraq 39 970,3 milyon manata, o cümlədən depozit portfeli 32,8 % artaraq 32 860,9 milyon manata çatıb. Bunun 11 339,9 milyon manatı fiziki, 21 521 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı saitləri 27,7 %, şirkətlərin banklardakı vəsaitləri isə 35,7% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 31,4 % azalaraq 222,4 milyon manat olub.

Sektorun balans kapitalı isə 11 % artaraq 5 519,9 milyon manat təşkil edib.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv