!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın bank sektorunun xalis mənfəəti 40 faiz artdı

!Reklam – Yazi

Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr aylarında 859,4 milyon manat xalis mənfəət əldə edib.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40 % çoxdur.

11 ay ərzində bankların əməliyyat gəlirləri 3 548,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 31,7 % çox), əməliyyat xərcləri 2 265,2 milyon manat (27,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 226,5 milyon manat (25,3 % çox), digər xərcləri 0,3 milyon manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri isə 196,6 milyon manat (61,7 % çox) təşkil edib.

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv