Azərbaycanın BELARUS SEÇİMİ: Demokratiyanı, yoxsa Lukaşenkonu dəstəkləməli?

“Məsələyə demokratiya prinsipindən yanaşsaq, Belarusdakı prezident seçkiləri ədalətli keçirilməyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Belarusda keçirilmiş prezident seçkilərindən sonra yaranmış situasiyada müxalifəti, yoxsa Aleksandr Lukaşenkonu dəstəkləməsinin vacibliyinə toxuna Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib:

Sərdar Cəlaloğlunun fikrincə, mövcud vəziyyətdə “demokratiya oyunu”na aludə olaraq, Lukaçenkoya qarşı çıxmaq Azərbaycanın maraqlarına uyğun deyil:

“Belarusda seçki başlamazdan əvvəl Rusiyanın törətdiyi təxribatları, “Vaqner” qrupunun oraya göndərilməsini və Lukaşenkanın Putinə qarşı müqavimətini nəzərə alsaq, onda da deməliyik ki, Lukaşenkanın hakimiyyəti əlində saxlaması yaxşıdır. Bundan sonra Lukaşenko Rusiyanın siyasətinə qarşı daha möhkəm dayanacaq.

Biz Rusiyaya qarşı ciddi cəbhə yaradan bütün qüvvələri dəstəkləməliyik. “Demoratiya oyunu”nu önə çəkərək, strateji məsələləri çox da gözardı etməməliyik. Unutmayaq ki, demokratiya heç də hər zaman faydalı olmur. Bir çox ölkələrin taleyində gördük ki, “demokratiya oyunu” xalqların, millətlərin, dövlətlərin məhvinə gətirib çıxarıb.

Belarus müstəqillik dönəmində də sovet sistemini olduğu kimi saxlayıb. Biz orda Avropa standartlarına uyğun demokratiya gözləyə bilmərik. Bizi maraqlandıran Belarusun Rusiyaya münasibətinin bundan sonra necə olacağıdır. Lukaşenko açıq-aşkar Rusiyanı Belarusun düşməni olduğunu bəyan etdi. Buna qarşı da Rusiya ilə Ukrayna arasında müəyyən müqavilələr bağlandı”.

Səxavət Məmməd

COP29