Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı ilə bağlı vəziyyəti araşdırır

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.

Bu haqda Yenicag.az-a XİN-nin Mətbuat xidmətindən məlumat verilb.

Məlumatda deyilir: “Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır”.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Yenicag.az

COP29