!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın bu ərazilərdə əməliyyat keçirməsi mümkündür” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ermənistanın Azərbaycana qarşı təxribatçı addımlar həyata keçirdiyi ərazilərdə lokal da olsa, ordumuzun əməliyyatlar keçirməsini mümkün hesab etmək olar”.

Bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-mayor Tiran Xaçaturyanın “Azərbaycan Ordusu Qarabağın dağlıq hissəsində (Xankəndi və ətrafında) əməliyyat keçirəcək” açıqlamasına münasibətini bildirən hərbi ekspert Ədalət Verdiyev Yenciag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan həm təxribatlar törətməyə davam edir, həm də bu təxribatlara Azərbaycanın cavabından ehtiyatlanır:

“Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə, o cümlədən şərti Azərbaycan-Ermənistan sərhədində əməliyyat keçirməsi rəsmi Bakıdan asılı olan məsələ deyil. Burada Ermənistanın davranışı çox vacibdir.

Azərbaycan sülh təkliflərini Ermənistana təqdim edib. Bizim gündəliyimiz sülh sazişinin çərçivəsinin hazırlanması istiqamətində addımların atılmasından ibarətdir. Və mümkün qısa müddətdə sülh müqaviləsinin imzalanmasını istəyirik. Lakin sülh müqaviləsi təktərəfli imzalanmır. Sazişin imzalanması üçün qarşı tərəfin də xoş niyyəti və reallıqları qəbul edərək razılaşması lazımdır.

Gördüyümüz kimi, Ermənistan sülh sazişi üçün danışıqlar prosesinin getdiyi bir vaxtda şərti sərhəddə və Qarabağda atəşkəsi pozmaqla məşğuldur. Ermənistanın Azərbaycana qarşı təxribatçı addımlar həyata keçirdiyi ərazilərdə lokal da olsa ordumuzun əməliyyatlar keçirməsini mümkün hesab etmək olar. Yəni Tiran Xaçaturyanın ehtimalları özünü doğrulda bilər. Əməliyyatların nə qədər ağrılı-acılı olacağını isə Ermənistan nəzərə almalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv