!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın BVF-yə ehtiyacı var?: "Bu o demək deyil ki..." - MÖVQE 

!Reklam – Yazi

“Bu gün Azərbaycanın özünəməxsus maliyyə imkanları mütərəqqi səviyyədədir”.

Bu sözləri Beynəlxalq Valyuta Fondunun iyun ayının sonlarında Azərbaycandakı ofisini bağlamaq qərarına münasibət bildirən iqtisadçı ekspert Aslan Əzimzadə Yenicag.az-a açıqlamasında bildirib.


O həmçinin qeyd edib ki, bu addım Azərbaycanla BVF arasında əlaqələrin tamamən kəsilməsi demək deyil:

“Uzun illər Beynəlxalq Valyuta Fondu ölkələrin maliyyə sistemlərinin inkişafı və formalaşması çərçivəsində öz metodik tövsiyyələrini təqdim etməkdədir. Elə ölkələr də var ki, bu tövsiyələrə ehtiyac duymurlar və Azərbaycan da bu ölkələrə daxildir. Bu gün Azərbaycanın özünəməxsus maliyyə imkanları, spesifik maliyyə idarəetmə sistemləri olduqca mütərəqqi olduğu üçün ciddi şəkildə BVF-dən yardım və maliyyə vəsaitlərinə ehtiyac duymur. Belə olduğu təqdirdə, bu istiqamətdə sözügedən addımın atılması olduqca normal haldır. Lakin bu o demək deyil ki, Azərbaycanla BVF arasında əlqələr tamamilə kəsiləcək. Ehtiyac yarandığı halda ikitərəfli əlaqələr öz dayanıqlılığını bir daha göstərəcəkdir. Digər tərəfdən də qeyd etmək lazımdır ki, bu gün Beynəlxalq Valyuta Fondunun maliyyə tövsiyyələri müəyyən hallarda dünyada baş verən yeni geo-iqtisadi proseslər çərçivəsində özünü doğrultmaya da bilir. Bu durumda da hər bir ölkənin spesifik maliyyə sistemlərinin formalaşması daha məqsədə uyğun hesab edilə bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

513
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv