!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın daha bir boksçusu lisenziya turnirinə qələbə ilə başladı

!Reklam – Yazi

Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Yenicag.az xəbər verir ki, Alfonso Dominqes (92 kq) 1/32 finalda israilli Yan Zakla üz-üzə gəlib.

Dünya çempionumuz rəqibinə heç bir şans verməyib. 5:0 hesabı ilə qələbə qazanan Dominqes mərhələ adlamaqla yanaşı, Zakdan Krakov-2023-dəki məğlubiyyətin revanşını da alıb.

Olimpiya mükafatçımız 1/16 finalda ilk mərhələdən azad olan Emmaneul Reyes Pla (İspaniya) ilə qarşılaşacaq. Görüş martın yeddisində olacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın üçündə start götürən yarışda məğlubiyyətsiz irəliləyir. Mübarizəyə qoşulan boksçularımızdan Nicat Hüseynov (51 kq) 1/8 final, Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq), Sərxan Əliyev (71 kq), Zeynəb Rəhimova (54 kq) və Şəhla Allahverdiyeva (66 kq) 1/16 finala yüksəliblər.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv