!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın dəstəyinə Fələstinin “erməni nazir” CAVABI: “Onları müdafiə etmək boş quyuya...”

!Reklam – Yazi

 

“Yaxşı, bir məhəllə qədər erməni yaşayan Fələstin üçün bu qərar hansı zərurətdən yaranıb”.

Bu fikirləri Azərbaycanın beynəlxalq müstəvidə Fələstini birmənalı dəstəkləməsi fonunda sözügedən yarımmüstəqil dövlətdə erməni əsilli şəxsin nazir təyin olunmasından sonra həmin siyasətin davam etdirilməsinin məqsədəuyğunluğuna münasibət bildirən politoloq Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, təyin edilən yeni nazir dövlətin əsas siyasi istiqaməti olan xarici işlər və miqrasiya sahələrini kurasiya edəcək:

“Həmin şəxsin qatı erməni və erməni terror təşkilatları ilə sıx əlaqədə olduğunu nəzərə alsaq, Fələstinlə ölkəmiz arasında münasibətlərin qurulması, həmçinin davam etdirilməsi mümkün olmayacaq. Yəni Azərbaycan öz xarici siyasətində Fələsstinlə bağlı bu faktoru nəzərə almalıdır.

Burada Fələstində yaşayan ermənilərin sayının bir o qədər çox olmadığı da kifayət qədər qabarıq görünən məqamdır. Yaxşı, bir məhəllə qədər erməni yaşayan Fələstin üçün bu qərar hansı zərurətdən yaranıb? Bildiyimiz kimi, yəhudi, erməni və yunanların dünyada güclü diasporları var. İndiki şəraitdə ermənilərlə yunanların birgə hərəkət etdiyinin şahidi oluruq.

Ola bilsin ki, yəhudi diasporu qarşısında üstünlük qazanmaq üçün erməni və yunan diasporunun təkidi ilə belə bir qərar qəbul edilib. Lakin bunun tamamilə yalnış siyasət olduğunu anlamaq lazımdır. Azərbaycan dost və müttəfiq ölkələrin yanaşmalarını nəzərə alaraq, hər zaman Fələstinə dəstək göstərməyə çalışıb. Ancaq görürük ki, Fələstinə dəstək göstərmək boş quyuya su tökmək kimi bir şeydir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv