!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın dünya ölkələrinin qlobal idman reytinqində mövqeyi açıqlandı

!Reklam – Yazi

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Yenicag.az saytının məlumatına görə, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 70 ölkə idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 58-cisidir. Azərbaycanın hesabında 11 xal var.

Bunun hamısı qadın boksçuların hesabındadır. Elə bu səbəbdən ölkəmiz qadınların reytinqində 45-cidirsə, kişilərin cədvəlindən kənardadır.

Azərbaycan Avropada 31-ci yerdədir. Boks üzrə sıralamada isə idmançılarımız 21-cidir.

Qeyd edək ki, reytinqə 1111 xala malik Norveç başçılıq edir. Almaniya 835 xalla ikinci, 685 xala malik ABŞ üçüncüdür.

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv