!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın dünyaya açılan qapısı: "Perspektivdə daşıma imkanının daha da artırılması..." - ŞƏRH

!Reklam – Yazi

“Yeni qərara əsasən limanın ticarət dövriyyəsinin gücü 25 milyon tona çatdırılması nəzərdə tutulur”.

Bunu Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükdaşıma gücünün artımı haqqında iqtisadi ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

E.Əmirov qeyd edib ki, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı strateji obyektdir:

“Ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı Azərbaycan, region və dillər əzbəri olan “Şərq-Qərb” dəhlizi üçün son dərəcə strateji obyektdir. Bu liman yuxarı, orta və aşağı dəhlizlərin kəsişmə nöqtəsi sayılır. Yəni Çin-Qazaxıstan-Azərbaycan-Türkiyə-Avropa marşrutu üzrə hərəkət edən yüklər məhz bu liman üzərindən keçir. Həmçinin yuxarı dəhliz üzrə Rusiyadan, aşağı dəhliz üzrə isə Özbəkistan və Türkmənistandan gələn yüklər Xəzər dənizi vasitəsilə Bakı Limanından keçir”.

Ekspert qeyd edir ki, uzaq perspektivlər üçün ticarət dövriyyəsi yenidən artırıla bilər:

“Yeni qərara əsasən limanın ticarət dövriyyəsinin gücü 25 milyon tona çatdırılması nəzərdə tutulur. Düşünürəm ki, uzaq perspektivlər üçün bu rəqəm daha da artırılacaq. Bir neçə dəhlizin bu məkanda birləşməsini bir növ koordinat başlanğıcına bənzətmək olar. Bu da təbii ki, ölkə iqtisadiyyatı üçün dividendlər qazandırır. Ölkənin öz idxal-ixrac əməliyyatlarını həyata keçirməsinə imkan yaratmaqla yanaşı, eyni zamanda tranzit ölkə olaraq əlavə dividendlər qazanmağa şərait yaradır”.

Yusif Səmədzadə

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv