!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Əməkdar müəllimi vəfat etdi - FOTO

!Reklam – Yazi

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Elmi-Tədqiqat Laboratoriyasının müdiri, Əməkdar müəllim Əliheydər Ağakişiyev vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Ağakişiyev 1957-ci il iyunun 29-da Bakıda anadan olub. 1964-1974-cü illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil alıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1990-cı ildən də həmin ali təhsil müəssisəsində çalışıb.
O, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb./oxu.az/

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv