Azərbaycanın ən güclü kolleci seçildi

Mektebgushesi.az” portalı “Azərbaycanda ən güclü kollec hansıdır?” sualı ilə respondetlər arasında keçirdiyi sosioloji sorğuya yekun vurub.

Yenicag.az xəbər verir ki, virtual səsvermə yolu ilə baş tutan sorğuya qatılan repondetlər Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini qalib ediblər. Tanınmış təhsil ekspertlərinin yaxından müşahidə etdiyi sorğuya qatılanların yarıdan çoxu məhz bu kollecə səs veriblər. Ümumilikdə 8527 respondent arasından 4414-ü bu kollecə etimad göstərib.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əsası ötən əsrin 19-cu ilində qoyulub. Azərbaycanın ən qədim universiteti – Bakı Dövlət Universiteti ilə eyni ildə təsis olunan kollecin bugünə qədər onminlərlə tələbəsi olub. Hazırda paytaxtda və regionlarda çalışan pedaqoqların çoxu məhz bu kollecin yetirməsidir.

Bundan əvvəlki adı M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş kollec sonradan Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. Hazırda kollecdə 3000-ə yaxın təhsil alır. 300-ə yaxın heyətin çalışdığı kollecin müəllimləri arasında alimlər, elmlər doktoru, professorlar, elmlər namizədləri də var. Kollecin direktoru təhsil ictimaiyyətinin yaxından tanıdığı, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovdur. Müasir inkişaf xətti götürən kollec ən müasir dəyərlərə cavab verən sinif otaqları, maddi-texniki avadanlıqlarla təhciz olunub./Azxeber.com/