!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın erməni sakinlərlə danışığa getməsi Qərbdə..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın təşəbbüsü ilə Azərbaycanın ermənilərlə keçirdiyi görüşlərdə pozuculuq faktı kimi Qərbin təxribatları müşahidə ediləcək”.

Bunu ABŞ və Qərbin Cənubi Qafqazda sülh çağırışlarına xidmət edən bəyanatlarına münasibət bildirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, son dövrlər ABŞ-nin Cənubi Qafqazdakı baş verən proseslərdə aktivləşməsinin səbəbi özünün varlığını burada sürdürmək:

“Bir məsələni xatırlatmaq istəyirəm, bir müddət öncə Fransa XİN rəhbəri və Almaniya kanslerinin söz yığınından ibarət açıqlamaları Qərbin heç də Cənubi Qafqazdakı reallıqlara uyğun barışığın əldə olunmasında maraqlı olmadığını deməyə əsas verir. Qərbin istəyi ermənilər vasitəsilə bölgəyə gəlməkdir. Çox təəssüf ki, ABŞ-nin də mövqeyi bundan heç fərqlənmir.

Azərbaycanın erməni sakinlərlə danışığa getməsi Qərbdə qıcıqla qarşılanıb. Səmimi olaraq sülh tərəfdaşı olan hər kəs bu addımı alqışlamalı idi. Daha öncə də proqnozlaşdırılan kimi, Rusiyanın təşəbbüsü ilə Azərbaycanın ermənilərlə keçirdiyi görüşlərdə pozuculuq faktı kimi Qərbin təxribatları müşahidə ediləcək. Bu addımlar münasibətlərin gərginləşməsinə xidmət edir. Qərb Cənubi Qafqazda sülhdən çox maraqlarının qorunmasına xidmət edən addımlar atır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv