!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanın ətrafında düşmən həlqəsi daralır, dövlətimizi güclü etmək üçün..." - Siyasi partiyadan QƏRAR

!Reklam – Yazi

“Qarabağa yönəlmiş siyasəti dəstəkləməklə, dövlətimizi güclü etmək üçün bu qərarı vermişik”.

Bu sözləri Haqq Ədalət Partiyasının (HƏP) Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə bağlı partiya idarə heyətinin qərarına və özünün istefa verəcəyi ilə bağlı iddialara münasibət bildirən HƏP Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, ölkə ətrafında düşmən həlqəsi daralır, ona görə də bu qərara ehtiyac vardı:

“Biz zaman-zaman milli etimad hökuməti, siyasi uzlaşma, cəmiyyətin bütün resurslarının səfərbər olunmasını vacib hesab etmişik. Azərbaycan ciddi keçid dövrünü yaşayır. Söhbət daxili siyasətdən getmir. Beynəlxalq aləmdə gedən ciddi proseslərin təmərküzləşmə mərkəzlərindən biri Azərbaycandır. Hədəfdə Azərbaycan var. İran Azərbaycanı açıq şəkildə siyasi, hərbi və dinə sığınaraq təhdid edir. Suverneliyimizi və ərazi bütövlüyümüzü təhdid edən bəyanatlar verir. Beləliklə, Azərbaycanın ətrafında düşmən həlqəsi daralır. Azərbaycan dövlətçiliyinin ciddi təhdidlə üz-üzə olması realdır.

O cümlədən dövlət başçısının apardığı siyasi kursda bir sıra mesajlar var. İlham Əliyev İrana da, Fransaya da, Rusiyaya da sözünü dedi. Bundan əlavə, Qərbə sülh danışıqları üçün 5 təklif təqdim edilib və onlar da bunu qəbul edir. Bunlar onu deməyə əsas verir ki, dövlətimizi güclü etməliyik. Dövlət bu mərhələdə güclü olmalıdır ki, bizə kənar təsirlər, təhdidedici faktorlar məhdudlaşsın, o cümlədən Qarabağ üzərindəki oyunlardan Azərbaycan qalib çıxsın. Dövləti güclü etməyin yollarından biri siyasi həmrəylikdir. Hesab edirəm ki, HƏP xarici siyasətlə bağlı dövlətin mövqeyini dəstəkləyir və dövlətin yanındadır. Siyasi cameələrə də tövsiyyəmiz odur ki, indiki zamanda siyasi iddialarımızı arxa plana ataq. Dövlətimizin üzərində oynanılan oyunlardan Azərbaycan dövlətinin dik çıxması, suverenliyinin tam təmin olunması vacibdir. Ancaq daxili siyasət, demokratiya, sosial məsələlərlə bağlı problemlər var. Biz bu iddialarımızdan imtina etməmişik. Biz xarici siyasət, Qarabağa yönəlmiş siyasəti dəstəkləməklə dövlətimizi güclü etmək üçün bu qərarı vermişik. Hesab edirəm ki, bu, doğru qərardır”.

Partiyadan istefa edəcəyi ilə bağlı iddialara gəldikdə isə Zəlimxan Məmmədli bunları deyib:

“Xəyalımda elə bir şey yoxdur. Hətta 2003-cü ildən sonra qütbləşmədən imtina və etimad mühitinin yaradılmasını təklif etmişəm. Etimad yaratmaq üçün əsas məsələ dövlətçilik məsələsini önə gətirməkdir. Bunun üçün siyasi karyeramıza, ola bilər, müəyyən kölgələr salmağa çalışsınlar. Bu, cəsarətdir.

Türkiyə siyasi sistemində Ədalət və İnkişaf Partiyası, Milliyətçi Hərəkat Partiyası modeli var. Türkiyənin bu gün dünyada söz sahibi olması və ciddi şəkildə siyasi proseslərdə sözünün eşidilməsi və bir zamanlar sayılmayan, ancaq indi sayılan Türkiyənin təməlində AKP-MHP ittifaqıdır. Biz də bu fəlsəfəyə uyğun olaraq qərar vermişik və bundan heç kim narahat olmasın”.

Səxavət Məmməd

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv