!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Fransadakı səfirliyi prezident seçkisi ilə bağlı çağırış etdi

!Reklam – Yazi

Azərbaycanın Fransadakı səfirliyi 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan prezidenti seçkisi ilə bağlı çağırış edib.

Səfirlikdən verilən xəbərə görə, məlumat xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə verilib.

“Fransa Respublikasında daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə: 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik korpuslarında və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır. Azərbaycan Respublikası prezidenti seçkisində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: +33(0)144-18-60-23, +33(0)674-74-03-98 (“WhatsApp” – qaynar xətt)
Elektron ünvan: [email protected]

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır”.

www.yenicag.az

116
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv