!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edildi

!Reklam – Yazi

DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Bakıdakı matçda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.

Qeyd edək ki, oktyabrın 11-də Astanada reallaşacaq Qazaxıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv