!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın göndərdiyi yardım Türkiyəyə çatdı - FOTO

!Reklam – Yazi

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən, 10 vilayəti əhatə edən zəlzələdə ölkəmiz öz yardımını göstərməyə davam edir. Rəsmi dövlət qurumları da bu məsələyə həssaslıqla yanaşır.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin göndərdiyi 40 generator artıq Şanlıurfaya çatıb.

Gətirilən generatorlar və yardım materialları Şanlıurfa valiliyi və AFAD-ın koordinasiyası ilə yaradılan yardım anbarına təhvil verilib.

Azərbaycan Milli Məclisinin baş katibinin müavini İlham Həsənov üzüntüsünü dilə gətirib və istənilən vəziyyətdə yardıma hazır olduğunu bildirib:

“Türk xalqının yanında olmağı özümüzə borc bilirik. Prezidentlərimizin başlatdığı bu qardaşlıq münasibətləri bu çətin gündə də özünü göstərdi və bu dostluğun davamı olaraq, biz Azərbaycan Milli Məclisi olaraq öz köməyimizi etdik. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə göndərilən yardımı Türkiyədəki qardaşlarımıza çatdırdıq. Bütün Türkiyəyə başsağlığı veririk”.

 

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv