!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın güclənməsindən narahatlıq duyan İran: "Molla rejiminin ölkəmizdə casus şəbəkəsi yaratmağı..."

!Reklam – Yazi

“Azərbaycan günü-gündən güclənməkdə, regionda aparıcı mövqeyə çevrilməkdədir”.

Bunu İranın Azərbaycanın güclənməsindən duyudğu narahatlıq barədə danışan Milli Məclisin deputatı Cavid Osmanov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran hər zaman ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib:

“Uzun zaman ərzində İran molla rejiminin ölkəmizdə casus şəbəkəsi yaratmağı həyata keçirdiyinin şahidi olduq. Dövlət Təhlükəsizlik Xidməti casus şəbəkələri ifşa edir. İran heç vaxt Azərbaycanın güclü olmasını istəməyib.

Azərbaycan isə günü-gündən güclənməkdə, regionda aparıcı mövqeyə çevrilməkdədir. Vətən müharibəsində Azərbaycan tarixin ən şanlı qələbəsini qazanaraq torpaqlarını işğaldan azad etdi. Azərbaycan xalqı milli maraqları uğrunda, daha da güclənmək üçün prezident İlham Əliyevin ərtafına toplanaraq hədəfə doğru addımlayır.

Vətən müharibəsindən sonra İranın qərəzini gizlətmədiyinin şahidi olduq. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirərək hədə dilində danışmağa çalışır. Azərbaycanla sərhəddə təlimlər keçir, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, Ermənistanın təhlükəsizliyini özünün qırmızı xətti adlandırır.

Yanaşı olaraq İranın təhlükəsizlik xidmətlərinin nəzarəti altında olan terrorçu qruplaşmalar səfirliyimizə hücum etdi. Terrorun araşdırılmasını tamamilə fərqli istiqamətə yönəldərək ört-basdır etməyə çalışdı. Münxen Təhlükəsizlik Konfransında çıxış edən prezident İlham Əliyev səfirliyə hücumun obyektiv araşdırılaraq hüquq qiymət verilməsi haqda mövqeyini bildirdi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv