!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan heç vaxt İranla müharibə aparmaq niyyətində olmayıb" - Deputat

!Reklam – Yazi

“Son günlər bütün şər qüvvələr Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə birləşib. Həmkarımız Fazil Mustafaya qarşı törədilən terror aktında cinayəti törədənlər qıraqda qaldı, yenə həmin qruplar Azərbaycan dövlətinin günahkar çıxarılmasına çalışdılar”.

Yenicag.az Unikal-a istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin bütün düşmənləri birləşiblər:

“Hətta bəziləri irəli gedərək casusluqda ittiham edilərək təhlükəsizlik orqanları tərəfindən həbs olunanların ailələrini mitinqlərə, küçələrə çıxmağa çağırdılar. Bu bir reallıqdır ki, bu gün özünü “vətən sevdalısı” kimi təqdim edənlər dövlətin yanında yox, Azərbaycan əleyhinə təxribat törədənlərin və İranın yanındadılar. Onlar Fazil Mustafanın qətlinə istehza edir, zamanında onunla bağlı bir nəfərin yaydığı mənəviyyatdan və əxlaqdan uzaq videonu tirajlayır, guya, Azərbaycanın İranla müharibə etmək istədiyini car çəkir və bu müharibədə Azərbaycanın uduzacağı ilə bağlı ciddi cəhdlə təbliğat aparırlar.

Reallıq isə ondan ibarətdir ki, Azərbaycanın heç vaxt İranla müharibə aparmaq niyyəti olmayıb və yoxdur. Ancaq biz kiminsə bizə nəyisə diktə etməsi, hədələməsi, təxribat törətməsi ilə də razılaşa da bilmərik. Belə cəhdlərə Azərbaycanın reaksiyası hər zaman olduğu kimi, sərt olacaq. Sizi isə belə davranışlarınızla kimin yanında olduğunuğu, haralardan qidalandığınızı bir daha göstərdiniz. Əvvəllər də demişəm, bu gün də deyirəm, Fazil Mustafaya tuşlanmış “Kalaşnikov” hakimiyyətə yox, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş terrordur. Bunu hamı dərk etməli, dövlətin və dövlətçiliyin yanında olmağı bacarmalıdır”.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv